VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Xətai rayonunda azyaşlı uşaq zorlanıb.
 
BAKU.WS-in məlumatına görə, Xətai Rayonu Polis İdarəsindən Sputnik-ə cinayətin qurbanının 11 yaşlı qız olduğu bildirilib. 

Cinayət işinin açılması üçün zərər çəkmiş qızın atası polisə müraciət edib. Kişi qeyd edib ki, cinayət 23 mart tarixində, təxminən axşam saatlarında baş verib. Bəxtsiz ata bildirib ki, qızını zorlayan şəxs evinə qonaq gələn 1986 təvəllüdlü A.Hümbətov olub.
 
Şikayətçinin sözlərinə görə, Hümbətov onunla qızı ilə təklikdə qalıb və azyaşlı qızı zorlayıb. Daha sonra o, cinayət yerindən qaçıb. Yalnız bundan sonra qızın valideynləri hadisədən xəbər tutub. 

Cinayəti törədən şəxs hələ də saxlanılmayıb. İş araşdırılması üçün prokurorluğa verilib. 

BAKU.WS