SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Bərdə rayonunun Nazırlı kəndi ərazisindən keçən hissəsində 2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlunun batması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən BAKU.WS-ə məlumat verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

BAKU.WS