Bu gün sosial şəbəkə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.

BAKU.WS-in xəbərinə görə, bununla bağlı jurnalistlərin sorğusunu cavablayan DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb edirlər:

"Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sənişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar.

Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir".

***12:04

Metronun Qara Qarayev stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaşanıb.

BAKU.WS xəbər verir ki, stansiyada baş verən mübahisə zamanı çəkilən görüntülər sosial şəbəkədə yayılıb.  

Kadrlardan da göründüyü kimi iki polis əməkdaşı hansısa qayda pozuntusu səbəbindən vətəndaşı vaqondan çıxarmağa çalışır.

Ancaq qatarda olan digər sərnişinlər bunun qarşısını alır və polisləri vaqondan çıxarırlar.

Sözügedən kadrları təqdim edirik: 

BAKU.WS
VİDEO