Azərbaycanda daha 3 nəfər yol qəzasına düşdü - FOTO

26
may
2020
23:25
Gədəbəy rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.
"Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub. Zərbənin təsirindən "VAZ" markalı avtomobil yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar Gədəbəy Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda avtobus ağır qəza törətdi: Sərnişinlər arasında yaralılar var - YENİLƏNİB - FOTO
Bakının Sabunçu rayonu ərazisində, Maştağa körpüsü yaxınlığında baş verən qəza ilə bağlı rəsmi məlumat verilib. Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən m...
