SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə naməlum avtomobillə 54 yaşlı piyada qadın vurulub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Aygün Qəhrəmanova avtomobillə vurulub.

Qadın ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS
VİDEO