SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində baş verən yol qəzasında yaralananların adları məlum olub.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, 1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Abbasovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb.

Digər yaralı, 1988-ci il təvəllüdlü Səbuhi Akif oğlu Həsənov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti isə orta-ağır qiymətləndirilir.


18:47


Gəncə şəhərində ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə əsasən, "Mercedes" markalı avtomobil ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Qəzanın səbəbləri araşdırılır

BAKU.WS