SİZİN REKLAM BURADA!
055 213 76 73


2018-ci il noyabrın 17-də Şüvəlan qəsəbəsində, pansionatın ərazisində Laçın sakini, 34 yaşlı Qorxmaz Əliyev qisas niyyəti ilə kustar üsulla hazırlanmış tapançadan 2 dəfə atəş açaraq tanışı 41 yaşlı Sərvər Quliyevi yaralayıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, zərərçəkmiş xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə həmin gecə Xəzər RPİ-nə təslim olub. Yaralanan Sərvər Quliyev bir müddətdən sonra vəfat edib.

İstintaqla müəyyən edilib ki, Qorxmaz Əliyev 2018-ci ilin noyabrın 17-də Şamaxıda keçirilən toy mərasimindən qayıdarkən mikroavtobusun içərisində qohumu Anar Hüseynovun sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsinə görə iradını bildirib və yumruqla onun sifət nahiyəsinə zərbə vurub.

Saat 23-də Şüvəlan qəsəbəsi, «Maşınqayırma» pansionatının ərazisində, yaşadığı evin yaxınlığında olarkən avtobusda baş vermiş mübahisəyə görə Anar Hüseynovun ögey qardaşı Sərvər Quliyev yaxınlaşıb, qəflətən başı ilə onun sifətinə zərbə endirib.

Alın nahiyəsindən yüngül dərəcəli xəsarət alan Qorxmaz Əliyev bundan hiddətlənərək qisas niyyəti ilə üstündə olan kustar üsulla hazırlanmış tapançanı çıxarıb Sərvər Quliyevin boyun nahiyəsinə 2 dəfə atəş açmaqla onu qəsdən öldürüb.

Qorxmaz Əliyev bildirib ki, xalası oğlu Anar Hüseynov sərxoş olduğundan anası toydan evə tez qayıtmalı olduqlarını deyib.

Yolda Anar əvvəlcə dayısı, sonra Mərəzə postunda anası ilə mübahisə edib. "20 Yanvar» dairəsinə çatanda Qorxmaz Anarı maşından düşürdüb və yumruqla ona 1 zərbə vurub.

Saat 23 radələrində həyat yoldaşı və uşaqları ilə Şüvəlan qəsəbəsində yaşadığı pansionata çatıb. Həyətdə Anarın ögey qardaşı Sərvər Quliyevin avtomobilini görüb, özü evin pilləkanında tək oturub.

Arvadı uşaqları ilə evə keçəndən sonra Sərvər ondan acıqla qardaşını vurub avtobusdan düşürməsinin səbəbini soruşub. Bu vaxt Anar da sağ tərəfdən ağacların arasından çıxıb, qaranlıqda yaxınlaşaraq ünvanına söyüş söyüb. Sərvər başı ilə ona zərbə vurub.

Qorxmaz zərbənin təsirindən yerə yıxılıb. Hadisə vaxtı Sərvərə baş verənləri deməyə macal tapmayıb. Onu öldürəcəklərini görüb yerdən qalxıb küçəyə tərəf qaçıb. Lakin onlar çataraq yenidən zərbələr vurduqları üçün yerə yıxılıb.

Kimsə beşbarmağa oxşar əşya ilə alın nahiyəsinə vurub. Həmin yer yarıldığı üçün qan sifətini bürüyüb, məcbur qalıb uzandığı yerdən tapançadan 2 dəfə göyə atəş açıb.

Onun sözlərinə görə, atəş açarkən Sərvər onu təpikləyib, həmin anda, silah əlində əyilib və güllə boynuna dəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qorxmaz Əliyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO