VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda ölüm hadisəsi baş verib.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Aslan İsmayılova yaşadığı evdə tanışı Elvin Əliyev sillə ilə vurub. Nəticədə A.İsmayılov yıxılaraq ölüb.

E.Əliyev könüllü olaraq hadisə barədə polisə məlumat verib. O, hələlik həbs edilməyib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
 
BAKU.WS