VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naftalan şəhərində naməlum şəxs ov tüfəngi ilə küçədəki iti güllələyib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Paylaşımda videonun ötən gün Naftalan şəhəri, Habil Əliyev küçəsi, 31 ünvanında yerləşən binanın qarşısında çəkildiyi qeyd olunub.

Mövzu ilə əlaqədar Naftalan Şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən Oxu.Az-a verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Artıq videogörüntülərdəki şəxsin kimliyi müəyyən olunub. Həmin şəxs Naftalan şəhər sakini Rəhimov Ədalət Qabil oğludur.

Faktla bağlı şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcək.

BAKU.WS
VİDEO