Bakıda qadın yanğın zamanı özünü binadan yerə atdı - VİDEO

Bakıda qadın yanğın zamanı özünü binadan yerə atdı - VİDEO
Video
Hadisə 2292

Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova özünü eyvandan yerə atıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu zaman o, ağır bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın

Bakının Xətai rayonunda yaşayış binasında yanğın olub. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xətt...

2 Hadisə 11:01 05 aprel 2020

Son xəbərlər