Azərbaycanda dəhşətli faciə: 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - FOTO

24
mar
2020
15:59
Ucar rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Təzə Şilyan kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...
