Ucarda qadınlar İcra hakimiyyətinə hücum etdilər - TƏFƏRRÜATLAR - VİDEO

Ucarda qadınlar İcra hakimiyyətinə hücum etdilər - TƏFƏRRÜATLAR - VİDEO
Video
Hadisə 2478

Azərbaycanda bir qrup qadın icra hakimiyyətinə hücum edib.

BAKU.WS xəbər verir ki, hadisə Ucar rayonunda baş verib.

Ucar rayon İcra Hakimiyyətinə hücum edən 5 qadın qurum işçilərinin fəaliyyətinə mane olub. Daha sonra bir nəfər qadın icra hakiminin çıxış etdiyi masaya hücum edərək onları zala atıb.

Əldə etdiyimiz məlumata görə, həmin qadınlar rayon sakinləridir. Onlar Ucar rayonuna gələrək iş rejimini pozublar.

Əvvəllər rayon Mərkəzi Xəstəxanasının inzibati binasında məcburi köçkünlər məskunlaşıb. Lakin həmin bina qəzalı vəziyyətdə olduğundan məcburi köçkünlər yeni mənzillərlə təmin ediliblər.

Daha sonra həmin qadınlar bu binaya girərək orada bir neçə otağı qanunsuz zəbt ediblər.

Məlum olub ki, hələlik binanın sökülməsinə və təmirinə vaxt lazımdır.

Texniki cəhətdən qəzalı vəziyyətdə olduğu üçün binaya qaz, işıq və su verilişi dayandırılıb. Həmin qadınlar isə binaya su, qaz və işıq verilməsini tələb ediblər.

İcra əməkdaşlarının çağırışı ilə əraziyə polis gəlib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Ucar rayon Polis şöbəsində həmin qadınlar barədə araşdırmalar aparılır.

Son xəbərlər