Özündən çıxmış ər keçmiş arvadını uşağının gözü qarşısında güllələdi - VİDEO

Türkiyənin Mersin şəhərində 2 uşaq anasının həyat yoldaşı tərəfindən küçənin ortasında ov tüfəngi ilə vurulduğu anın görüntüləri ortaya çıxıb.
BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, Hatun K. adlı qadın keçmiş əri tərəfindən 7 yaşlı uşağının gözü qarşısında güllələnib.
Cinayətkar bu əməlindən sonra heç bir şey olmamış kimi hadisə yerini tərk edib.
Özkan Y. adlı şəxs əvvəlcə qadını döyüb. Daha sonra yerə yıxılan Hatun K.-nın dizindən və topuğundan güllələyib.
Dəhşətli hadisəyə şahid olan 7 yaşlı uşaq isə göz yaşları ilə baş verənləri izləyib.
Dəhşət içində olan qadın isə qanlar içində qışqırır və ətrafdakılardan kömək istəyir.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...