Küçədə kişiyə şiddət kameraya düşdü - qız oğlanı sillələdi - VİDEO

Küçədə kişiyə şiddət kameraya düşdü - qız oğlanı sillələdi - VİDEO
Video
Hadisə 1482

Türkiyənin Antalya şəhərində gənc bir qadın küçənin ortasında oğlanı döyüb.

BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, 20-25 yaşlarında bir qızın gənc oğlanı sillələməsi təhlükəsizlik kamerasına tuş gəlib.

Görüntülərdə cütlüyün mübahisə etdiyi görünür. Mübahisə sonradan davaya çevrilir və qadın çantasını oğlanın başına atıb.

Oğlanın ərazidən qaçmasına qəzəblənən qadın yaxınlıqdakı dükanın stullarını və stollarını aşırıb. Əraziyə polis çağıran oğlan qızdan şikayətçi olduğunu söyləyib.

Oğlanın polislərin arxasında gizlənməsi diqqətlərdən yayınmayıb.

Son xəbərlər