13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Bakıda quldurluq hadisəsi baş verib.

BAKU.WS
-in lent.az-a istinadən verdiyi məlumata görə, gecə saatlarında 2 nəfər naməlum şəxs Binəqədi şosesində yerləşən "Şərab Evi" marketinə gəlib.

Onlar satıcı, 1989-cu il təvəllüdlü Elçin Xasıyevdən energetik içki istəyiblər. Satıcı əyilib içkini götürmək istədikdə həmin şəxslər onun başına şüşə butulka ilə zərbələr endiriblər. E.Xasıyev özündən gedəndən sonra naməlum şəxslər mağazanın kassasından 300 manatdan artıq pulu götürərək aradan çıxıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə iş başlanılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

BAKU.WS