Maşın gənc qadının üstündən keçib

Gəncə şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Rüzgar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yüksək sürətlə hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1990-cı il təvəllüdlü Xəyalə Rüstəmovanı vurub.
İdarəetməni itirən sürücü qadın piyadanın üstündən keçib. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Rüstəmova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncə, Sumqayıt və Masallıda yol qəzaları: 3 ölü, 1 yaralı var - VİDEO
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.Xezerxeber.az-ın məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək i...
