SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə Azərbaycanda çəkilən və bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, videolar müxtəlif yerlərdə, ayrı-ayrı vaxtlarda çəkilib.

Təqdim etdiyimiz videonun birinci hissəsi dünən axşam saatlarında çəkilib.

Bütün avtomobillərin tıxacda dayandığı vaxt “Opel” markalı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozaraq qarşı yola çıxıb.

Bu zaman qarşıdan gələn avtomobillərin həmin maşının sürücüsünə etiraz əlaməti olaraq siqnaldan istifadə etməsi görünür.

Videonun ikinci hissəsi Bakıda çəkilib. Görüntülərdə tıxac olan yolda əvvəlcə PPX və YPX avtomobilinin sayrışan işıqlardan istifadə edərək əks yola çıxdığı, daha sonra isə onların ardınca ondan çox maşının da tıxacı bu yolla keçmək istəməsi əks olunub.

Bəzi sürücülər isə tıxac vaxtı qoşa xəttin tələblərini pozaraq geri dönmə əməliyyatını həyata keçirib.

Üçüncü hissədə olan görüntülər Samux rayonunda çəkilib. Rayonun Alıuşağı kəndi ərazisində hərəkətdə olan “VAZ 2115” markalı, 51-BH-105 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşıdan gələn maşını nəzərə almayaraq ötmə əməliyyatını yerinə yetirib.

Bu zaman qarşıdan gələn avtomobilin sürücüsü qəzadan yayınmaq üçün maşını yoldan kənara çıxarmağa məcbur olub.

BAKU.WS
VİDEO