Astara və Biləsuvar gömrükləri müvəqqəti bağlanıb

23
fev
2020
17:40
Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu, müvəqqəti və profilaktik xarakterlidir.
Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.
Bu arada Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilib.
Oxşar xəbərlər
Azərbaycan-İran sərhədində atışma - Ölən var - FOTO
2019-cu ilin noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd...
