Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO

23
fev
2020
09:45
Bakıda qadın xidmət aparan polis avtomobilinin qarşısında yıxılıb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında paytaxt küçələrinin birində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən qadının halı anidən pisləşib və müvazinətini itirərək yerə yıxılıb.
Bu zaman ərazidə olan Post Patrul Xidmətinin əməkdaşları qadına ilkin tibbi yardım göstərib, daha sonra onu xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Hadisə anı digər avtomobildə olan video qeydiyyatçı vasitəsi ilə lentə alınıb. İlkin məlumata görə, hazırda qadının vəziyyəti yaxşıdır.
Oxşar xəbərlər
Polislər yanan evin sakinini alovdan son anda xilas etdi – FOTO
Polis evi yanan şəxsi ölümdən xilas edib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Şirvan Şəhər...