Şəmkirdə evi yanarkən xəsarət alan müəllim öldü

21
fev
2020
14:30
Şəmkir rayon Ələsgərli kəndində baş vermiş yanğın zamanı ağır yanıq xəsarətləri alan şəxs yerləşdirildiyi xəstəxanada ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanıq xəsarətləri ilə Bakı şəhərində xəstəxanaların birinə yerləşdirilən, 1978-ci il təvəllüdlü Zöhrab Əhmədov orada ölüb.Qeyd edək ki, 10 gün əvvəl baş vermiş yanğın nəticəsində Z.Əhmədovun anası Mahı Bayramov hadisə yerində, 9 yaşlı oğlu isə xəstəxanada həyatını itirib. Z.Əhmədov Ələsgərli kənd Tam Orta Məktəbin riyaziyyat müəllimi işləyirmiş.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...
