SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda iki qadın bıçaqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonunda 1990-cı il təvəllüdlü Aytəkin Qəhrəmanova keçmiş yoldaşı ilə yaşadığı binanın qarşısında mübahisə edib.

Nəticədə qadın bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bakının Nizami rayonunda da bıçaqlanma hadisəsi baş verib.

Hadisə Babək prospektində qeydə alınıb.

30 yaşlı Maisə Sarıyeva naməlum şəraitdə bıçaqlanıb.

Yaralı qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən xəstəxanaya gətirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.


BAKU.WS