“Sədərək”də itkin düşən qadın tapıldı

Bakıda qadın itkin düşüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə fevralın 18-də, saat 14 radələrində Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində qeydə alınıb.
Belə ki, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü A.Qarakişiyeva “Sədərək” Ticarət Mərkəzində itkin düşüb.
Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Qarakişiyevanın yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Mənzil uğrunda müharibə: Evə qapıdan yox, divardan girdilər - FOTO
Talassemiyanın ağır formasından əziyyət çəkən Əfsanə Qarakişiyevanın Bakıdakı mənzilinin zəbt edilməsi ilə bağlı məsələdə gözlənilməz dönüş baş verib. Özünü mən...
