Bakı metrosunda manyak peyda olub. 

BAKU.WS xəbər verir ki, metroda yaşlı kişi qızlara baxaraq cinsiyyət orqanına toxunur.

Qızlara intim münasibət təklif edən manyak kameraya tuş gəlib. Sözügedən kadrları blogger Saleh Nəsirov sosial şəbəkədə paylaşıb. 

Yaşlı kişinin bu hərəkəti sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Metroda qadınlara qarşı seksual hərəkətlər edən şəxsə insanların reaksiyası sərt olub.

Onu tənqid ediblər və bu cür hərəkətlərin yolverilməz olduğunu bildiriblər. 

Qeyd edək ki, ictimai asayişi pozan və seksual hərəkətlər edərək insanları narahat edən şəxslər haqqında DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərsiniz.

BAKU.WS
VİDEO