"Sədərək"dəki yanğında xəsarət alanlar var - RƏSMİ MƏLUMAT

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlar var.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) BAKU.WS-ə verilən məlumata görə, hadisə nəticəsində əraziyə 5 tibbi briqada cəlb edilib: "Hadisə nəticəsində 8 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
Oxşar xəbərlər
"Sədərək"dəki güclü yanğın söndürüldü - YENİLƏNİB - VİDEO
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın söndürülüb. BAKU.WS FHN-ə istinadla xəbər verir ki,...
