8 nəfərdə 25 kq narkotik aşkarlandı - VİDEO

8 nəfərdə 25 kq narkotik aşkarlandı - VİDEO
Foto Video
Hadisə 97

Bakıda narkotik satan 8 nəfərdən 25 kiloqramdan artıq heroin və marixuana vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxt sakini Namiq Həsənov saxlanılıb. Onun üzərindən, eləcə də evindən ümumilikdə 25 kiloqram 151 qram heroin və marixuana aşkar olunub. Namiq Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fuad Əlizadə, Elvin Mustafayev, Xəyal Hüseynzadə, Elnur Heydərov, Vahid Şirinzadə, Hüseyn Məmmədov və Tayyib Almyaşev tutulublar.

Onlar narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər