SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində baş vermiş qar uçqunundan görüntülər ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, bölgədə ötən gün axşam saatlarında baş vermiş qar uçqunu zamanı qarın altında qalan təxminən 30 nəfər xilas edilərək ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Hadisə yerindən çəkilən görüntülər qar uçqununun miqyasının nə qədər böyük olduğunu göstərir. Hazırda uçqun altında təxminən 50-dək insanın olduğu bildirilir.

Qeyd edək ki, dünən baş vermiş qar uçqununda 5 nəfər ölmüş, 7 nəfər xilas edilmişdi. 2 nəfərin isə axtarışları davam etdirilirdi. Bu gün həmin 2 nəfərin axtarışları zamanı ikinci qar uçqunu baş verib.

Beləliklə, 2 hadisədə ümumilikdə 13 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

BAKU.WS
VİDEO