SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"İlhamə Quliyeva bir saat öncə dünyasını dəyişib. Bu xəbərdən çox kədərləndik".  
 
Bunu BAKU.WS-ə açıqlamasında müğənni Əli Mirəliyev söyləyib. Azərbaycanın xalq artisti İlhamə Quliyevanın ölüm xəbərini təsdiq edən yaxını Əli Mirəliyev çox sarsıldığını bildirib. 
 
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva vəfat edib. Bu barədə məlumatı Sputnik-in hadisə yerində olan müxbiri də təsdiqləyib.

Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından Sputnik-ə bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq.

Sputnik- əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıb.

Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı. 
 
Şahin Həbibov
BAKU.WS