SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Manisa şəhərində 5,1 bal gücündə zəlzələ baş verib. 

BAKU.WS Türkiyə KİV-inə istinadla xəbər verir ki, Türkiyə saatı ilə 14:26-da baş verən təkanlar 7 kilometr dərinlikdə qeydə alınıb.

Bu gün baş verən təkanlar Elazığ zəlzələsindən sonrakı ən güclü təkanlardır. Təbii fəlakətdən sonra sakinlər küçələrə axın ediblər. 

Zəlzələ zamanı çəkilən kadrlar sosial şəbəkələrdə paylaşılıb. 

Xatırladaq ki, Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb. 

BAKU.WS
VİDEO