Bakıda maşınını avtobus dayanacağında saxlayaraq hərəkətə mane olan sürücülər çoxdur.

BAKU.WS xəbər verir ki, belə hadisələrdən biri də bu gün qeydə alınıb.

Belə ki, qadın sürücülərdən biri “BakuBus”ın 1 saylı avtobusunun qarşısını kəsib.

Avtobus sürücüsü siqnal vuraraq yol istəyərkən qadın sürücü maşından aşağı düşüb.

Qadın avtobus sürücüsünü nalayiq sözlərlə təhqir edib.

Hadisənin görüntüləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev tərəfindən “Facebook”da paylaşılıb.

Həmin görüntüləri təqdim edirik.

BAKU.WS
VİDEO