NBA əfsanəsi Kobe Brayant helikopter qəzasında öldü

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olan Kobe Brayant helikopter qəzasında ölüb.
BAKU.WS xəbər verir ki, qəza Kaliforniyada baş verib. Helikopterin texniki nasazlıq səbəbindən qəzaya düşməsi nəticəsində 41 yaşlı K.Brayant, qızı və daha 7 nəfər vəfat edib.
Helikopterin K.Brayanta məxsus olduğu bildirilir.
Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş "Qara mamba" ləqəbli K.Brayant "Los Angeles Leykers" komandasında forma geyinib. O, Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.
Oxşar xəbərlər
Kobe Brayantın faciəvi şəkildə öldüyü helikopter qəzasından görüntülər - VİDEO
Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olan Kobe Brayantın helikopterinin qəzaya düşdüyü ərazidən görüntülər yayılıb. BAKU.WS xəbər veri...
