SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda hündürmərtəbəli yaşayış binasında başlayan yanğın söndürülüb. 

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, əraziyə cəlb edilən xilasedicilər bina sakinlərini təxliyə edə biliblər. 

Yanğın binanın elektrik xətlərindən başlamışdı. Binanın sakinləri BAKU.WS-ə bildirmişdilər ki, onları təxliyyə etmək mümkün olmur.

***10:00

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə yanğın baş verən binanın sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Ziya SƏCCAD
BAKU.WS