SİZİN REKLAM BURADA!
055 213 76 73


Bilindiyi kimi tanınmış meyxanaçı Ələkbər Yasamallının 20 yaşlı bacısı oğlu Şamxal intihar edib.

BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, Şamxal itihardan əvvəlki gün dayısı ilə gecə saatlarına kimi söhbət edib.

Söhbət zamanı o, Ələkbərə heç bir şey deməyib.

Şamxal daha sonra hamının evdən getdiyinə əmin olduqdan sonra özünü asaraq intihar edib.

Mərhumun hansı səbəbdən intihara əl ətması bəlli deyil. Hazırda hadisə ilə bağlı istintaq gedir.

Gəncin ailəsi baş vermiş hadisədən dərin sarsıntı keçirib. Ələkbər Yasamallının bir çox sənət yoldaşı və meyxanaçılar söz ustadının evinə gələrək ona başsağlığı veriblər.

Ələkbər Yasamallının bacısı oğlu Şamxalla birgə fotosunu ilk olaraq Xəbərçi.Az "Instagram” səhifəsi yayımlayıb.

*** 18:25

Bakıda intihar hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Rayon sakini, 1999-cı il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb.

Qeyd edək ki, özünü asan Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur və hərbi xidmətdən yeni qayıdıb.

BAKU.WS