SİZİN REKLAM BURADA!
055 213 76 73


Binəqədidə marketlərdən oğurluq edən narkotacir saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə məlumatdaxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs - qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətindəki yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1,51qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

H.Bilalovun başqa cinayətlər törətdiyi də müəyyənləşib. Araşdırma zamanı onun Binəqədi rayonu ərazisində bir evdən və yeddi marketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da məlum olub.

H.Bilalovun marketlərdən oğurluq etməsi həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS
VİDEO