Tovuzda yük maşınının üzərinə nəhəng boru düşdü - yaralılar var - VİDEO

08
yan
2020
15:30
Tovuzda bədbəxt hadisə baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, tikinti işi aparılan yolda yük maşınının üzərinə nəhəng boru düşüb.
Tovuzdakı hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına gətirilib.
Xəsarət alanlar Qax rayon sakini, 1968-ci il təvəllüdlü İslam Rəhimov, Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Röyal Abdullayev və Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Elgiz Əliyevdir.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Zəncirvari qəzaya səbəb olan sürücü hadisə yerindən qaçdı – FOTO
Tovuz rayonunda yol nəqilyat hadisəsi baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşagı Quşçu kəndində qeydə alınıb. "VAZ-2107"...
