SİZİN REKLAM BURADA!
055 213 76 73


Samux rayonunda yaşayış evində partlayış baş verib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib.

İlkin məlumata əsasən, hadisə nəticəsində 63 yaşlı Elmira İsmayılova və onun nəvəsi müxtəlif yanıq xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsin səhəti orta-ağırdır. Nəvənin durumu daha ciddi olduğundan onun Bakıya gətirildiyi bildirilir.

Hadisə yerinə Samux rayon Polis Şöbəsi və Fövqaladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

BAKU.WS