SİZİN REKLAM BURADA!
055 213 76 73



Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

"Report"un Qərb bürosu xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Samux rayonunda elektrik yarımstansiyasında baş verən partlayış zamanı xəsarət alanlardan birinin adı məlum olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

BAKU.WS