SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə baş verən dəhşətli qəzanın bəzi detalları məlum olub.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, "VAZ-21011"lə "Pajero" markalı avtomobillər toqquşub.
Hadisə Şəmkir rayonunda, "Zirvə" market adlanan ərazinin önündə baş verib.

Qəza zamanı bir ailənin 5 üzvü hadisə yerində ölüblər.

***21:34

Şəmkir rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Daha bir nəfər ağır xəsarət alıb. Hadisə yerinə Şəmkir rayon Dövlət Yol Polisi və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS