SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Kirən kəndində qeydə alınıb. Sürücünün idarə etməni itirməsi nəticəsində "UAZ" markalı avtomobil dərəyə aşıb.

Nəticədə avtomobilin sərnişin və yük kabinəsində olan 8 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə avtomobil Kirən kəndindən Tovuzun Əsrik kəndi istiqamətində hərəkət edirmiş. 

Qəzanın baş verməsinə səbəb avtomobilfə anidən əyləcin işləməməsi olub.

Hadisə zamanı İmamverdiyev Azad Bayram oğlu (1973), İmamverdiyev Azər Bayram oğlu (1972), İmamverdiyeva Aynur Cavanşir qızı (1980), İmamverdiyeva Lalə Əhməd qızı (1982), İmamverdiyeva Gülanə Azad qızı (2013), Yusibova Gülxoş Eldar qızı (1982), İmamverdiyev Qismət Azər oğlu (2001) xəsarət alıb. 

Onların əksəriyyəti bir ailənin üzvüləridir.

Faktla bağlı araşdırma başlanılıb.

BAKU.WS
QALEREYA