SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəy rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Miskinli kəndində qeydə alınıb.
Belə ki, hadisə nəticəsində 1964-cü il təvəllüdlü Vəliyev Şahin İsaq oğlu idarə etdiyi "ZİL-131" markalı yük maşınını idarə edərkən avtomobili dərəyə aşırıb.

Nəticədə sürücü və oğlu Etibar Vəliyev hadisə yerində keçinib.
Əraziyə Fövqaladə Hallar Nazirlliyinin xilasediciləri cəlb olunub, meyidlər dərədən çıxarılaraq ailəsinı təhvil verilib.
İlkin məlumata görə ata və oğul odun yığımından qayıdırmış.
Qəzaya səbəb yolun dumanlı olması olub.

BAKU.WS