SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə ağır yol qəzası qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin DOS 102 Xəqani küçəsi adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə şəhər sakini 1972-ci il təvəllüdlü Nağıyev Rövşən Telman oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobili çinar ağacına çırpıb. Nəticədə sürücü və maşında olan qadın sərnişin 1974-cü il təvəllüdlü Muradova Natavan Qaraxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncədə yerləşın xəstəxanalardan birinə gətirilib. Qəzaya səbəb kimi avtomobilin yüksək surətlə idarə edilməsi ehtimal olunur.

BAKU.WS
QALEREYA