SİZİN REKLAM BURADA!
055 213 76 73


Siyəzən və Bərdədə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən xəbərə görə, gecə saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində zəlzələ baş verib.

Zəlzələnin maqnitudası 3.3, dərinliyi 44 km olub. Zəlzələ hiss olunmayıb.

Saat 08:00-da isə Bərdə stansiyasından 8 km cənub-qərbdə, Bərdə ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitidası 3.2, dərinliyi 24 km olub.

Zəlzələ hiss olunmayıb.

BAKU.WS