Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlar və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 135 dəfə pozub.

BAKU.WS
-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Cəvahirli, Şıxlar, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Ziya Səccad
BAKU.WS