SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Etibar Baxışzadənin cinayət işi üzrə məhkəməsi başa çatıb.
 
"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Baxışzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ilin yanvar aynda Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini yaxalayıblar. Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla "qanunsuz araşdırmalar" aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin "kassa"sına ötürülməsini təşkil ediblər.

Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C.Baxışovdan "Makarov" tipli tapança, E.Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb.

Xatırladaq ki, saxlanılan digər şəxs - Ceyhun Baxışov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
 
BAKU.WS