Bakıda 12 minlik saat oğurlandı

Bakıda 12 minlik saat oğurlandı
Hadisə 572

Dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda əcnəbi vətəndaşın başına oyun açdılar

Bakıda əcnəbi vətəndaşın başına oyun açdılar

Bakıda kirayədə yaşayan əcnəbi vətəndaş qarət edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Səbail Rayol Polis İdarəsini...

1649 Hadisə 11:33 30 mart 2019

Son xəbərlər