SİZİN REKLAM BURADA!
055 213 76 73


Daşkəsən rayonunda intihar faktı qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məluamata əsasən, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb. Göygöl rayon sakini 1981-ci il təvəllüdlü Ramin Abbasov üzərinə benzin tökərək intihar edib. Adı çəkilən şəxs ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılsa da, R.Abbasov yolda keçinib.

Hadisə yerinə Daşkəsən rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Hələlik hadisənin hansı səbəbdən baş veridyi məlum deyil.

BAKU.WS