SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur.

Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb.

Onlar bu zaman üzərlərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO