Avtomobilinə səs gücləndirici qoşdu, maşını yandı - FOTO

Ağstafa rayon Dağ Kəsəmən kənd sakini Budaqov Sənan Əhməd oğluna məxsus "VAZ 2107" markalı avtomobil yanıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmasa da avtomobil yararsız vəziyyətə düşüb.
Sürücünün sözlərinə görə avtomobil ustanın yanına apararkən səs gücləndirici quraşdırılan yerdən alov çıxıb.
Bütün müdaxilələrə baxmayaraq avtomobili söndürmək mümkün olmadığından hadisə yerinə Fövqaladə Hallaz Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə briqadasının texnikası və canlı qüvvəsi cəlb olunub.
Məhz bundan sonra alovu söndürmək mümkün olub.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 5 otaqlı ev yandı - 2 uşaq son anda xilas edildi - FOTO
Tovuz rayonunun Alakol kəndində 1958-ci il təvəllüdlü Məmmədov Şəmşəd İsa oğluna məxsus ev yanıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu g...
