SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var

09
dek
2019
12:06
Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Sumqayıtda bina yanıb, sakinlər təxliyə edilib
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS Fövqəladə Hallar Nazirliyin-ə istinadən xəbər verir ki,...
