SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda dəhşətli intihar hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki yaşayış binasında baş verib.

Həmin binada kirayə yaşayan Sevinc İlham qızı Qırtımova özünü 18-ci mərtəbədən atıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, intihar edən Sevinc Qırtımova Azərbaycanın tanınmış futbolçusu İlkin Qırtımovun bacısıdır. O, hazırda "Keşlə" Klubunun şərəfini qoruyur.

Ziya SƏCCAD
BAKU.WS