SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsi bina 1, mənzil 40-da qeydə alınıb.

Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şirin Elçin oğlu Qasımov, onun həyat yoldaşı Jalə Rizvan qızı Qasımova və iki az yaşlı övladları, 2012-ci il təvəllüdlü Nigar Şirin qızı Qasımzadə və 5 yaşlı oğlu Elçin Qasımzadə dəm qazından zəhərlənib.

Ailə üzvüləri ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə qaldırılıb.

İlkin məlumata görə, hadisə nəticəsində ana Jalə Qasımova həyatını itirib. Hadisə yerinə Gəncə şəhər Prokurorluğu və Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, fakt araşdırılır.

BAKU.WS